|
Xorvatiya Israildən F-16 qırıcılarını alacaq

Xorvatiya İsraildən F-16 “Barak” qırıcıları eskadrilyasını satın almaq niyyətindədir.

Trend-in verdiyi xəbərə görə, müvafiq qərar ölkənin Milli Müdafiə Şurasının iclasından sonra elan edilib.

 

Xorvatiya KİV-lərininyaydığı məlumata əsasən, bu məqsədlə ölkə büdcəsindən 420 milyon avro ayrılıb.