|
“Çiftlik Bank”ın toyuqları auksiona çıxarılır

“Çiftlik Bank”ın toyuqları və yumurtaları auksiona çıxarılacaq.

Musavat.com xatırladır ki, Mehmet Aydın tərəfindən qurulan “Çiftlik Bank” qısa müddətdə sakinlər tərəfindən tanınmışdı və çoxları çiftlikdən iribuynuzlu heyvanı virtual olaraq almışdı. Bankın sahibi yığılan pulları götürüb ölkəni tərk etdikdən sonra cinayət işi açılmış, prokurorluq banka həbs qoymuşdu.

“Çiftlik Bank”ın müsadirə edilən “Mavi yumurta” kompleksində hazırda 21 min toyuq, 100 min yumurta olduğu bildirilir. İstehsalatın davam etməsi üçün isə 6 işçinin bu kompleksdə işlədiyi qeyd olunur. Prokurorluğun çıxardığı qərarə əsasən, indi “Mavi yumurta” kompleksindəki toyuq və yumurtalar satışa çıxarılıb. Satış açıq artırma işə keçiriləcək. Belə ki, ən yüksək məbləği söyləyən şəxs bu komplekdəki toyuq və yumurtalara sahib olacaq. Auksion 29 mart günü keçiriləcək.