|
“Karadeniz”in aktrisası arxiv fotosunu paylaşdı

“Sen Anlat Karadeniz” serialında Eyşan Sayar obrazını canlandıran aktrisa Gözde Kansu İnstaqram hesabında arxiv fotosunu paylaşıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tələbəlik illərində çəkilmiş şəkil sosial media izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Belə ki, Gözdenin oxuduğu sinifdə məşhurlardan Engin Altan Düzyatan, Şebnem Bozoklu, Müjde Devrim, Rıza Kocaoğlu, Öner Arkan da olub. 

Fotonu görən izləyicilər “Belə də sinif olar. Bütün məşhurlar bir araya toplanıb ki...” kimi şərhlər yazıblar.