|
"Novruz"un fəsadları:

İranda Novruz bayramı ərəfəsində bədbəxt hadisələr nəticəsində xəsarət alanların statistikası açıqlanıb.

Trend-in məlumatına görə, insidentlər daha çox çərşənbə axşamları bayram tonqalları ətrafında qeydə alınıb.

Belə ki, partlayıcı maddələrlə ehtiyatsız davranmaq nəticəsində ümumilikdə 2000-ə yaxın şəxs xəsarət alıb.

 

Onların 600-dən çoxu xəstəxanaya yerləşdirilib. 263 nəfər gözündən əməliyyat olunub, 20-dən çox adamın əli və ya ayağı amputasiya edilib.

6 nəfər xəstəxanada həyatını itirib.