|
Salyanda maşın arxa düşdü, iki nəfər öldü

Salyan rayonunun Xalac kəndində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, martın 26-da saat 5 radələrində Salyan rayonunun Xalac kəndində Bərdə rayon sakini Rauf Quliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili arxa aşırıb.

Nəticədə sürücü və sərnişini Qərib Quliyev suda boğulub.