|
XİN: Türkiyə Səudiyyə Ərəbistanının müxtəlif şəhərlərinə edilən hücumları qınayır

Türkiyə Səudiyyə Ərəbistanının müxtəlif şəhərlərinə edilən hücumları qınayır.

Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

 

"Biz narahatlıqla Səudiyyə Ərəbistanının müxtəlif şəhərlərinə Yəməndən 7 raket zərbəsinin endirilməsi haqqında xəbəri aldıq. Biz bu hücumları qınayırıq.

Xoşbəxtlikdən, qeyd olunan raketlərin Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edilməsi gələcək itkilərin qarşısını alıb", deyə bəyanatda bildirilir.