|
Cəlilabadda minik avtomobili traktorla toqquşub, xəsarət alan var

Cəlilabadda ağır yol qəzası baş verib. 

APA-nın cənub bürosunun məlumatına görə, "VAZ" markalı avtomobilin traktorla toqquşması nəticəsində rayonun Ləkin kənd sakini, 1943-cü il təvəllüdlü, Tağı Bağış oğlu Niftəliyev ağır xəsarət alıb.

Dövlətəlibəyli kəndində baş verən qəza zamanı yaralanan T. Niftəliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq , cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.