Sərhədsiz Həkimlər Təşkilatı Yəmənin Dali şəhərindəki fəaliyyətlərini dayandırmaq barədə qərar verib.
Axar.az xəbər verir ki, bu barədə məlumat təşkilatın Tvitter hesabında yer alıb.
“Dalidə təhlükəsizliklə bağlı yaşadığımız problemlər səbəbindən buradakı fəaliyyətlərimizi dayandırmaqdan başqa çarəmiz qalmadı”, - təşkilatdan bildirilib.
