Rusiya diplomatlarını qovan ölkələrə təşəkkür edirəm.
Axar.az xəbər evrir ki, bunu İngiltərənin Xarici İşlər naziri Boris Conson parlamentdə çıxışı zamanı deyib.
“Mən qeyd etməliyəm ki, rus diplomatlarını qovan ölkələr bu addımları ilə böyük riskə gediblər. Mən nə dediyimi bilirəm, təkcə öz adımdan yox, bütün parlamentarilərin adından həmin ölkələrə dərin təşəkkür edirəm”, - Conson bildirib.
Qeyd edək ki, bu gün 20-dən çox ölkə “Skripal işi” ilə bağlı öz ölkələrindəki rus diplomatların qovulması ilə bağlı qərar qəbul ediblər.
