|
İlham Əliyev Banqladeş Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Banqladeş Prezidentinə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,

Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Banqladeş xalqına sülh və tərəqqi diləyirəm".