|
Prezident İham Əliyevin sədrliyi ilə Bərdədə respublika müşavirəsi keçirilir

Martın 26-da prezident İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.

APA-nın xəbərinə görə, Mədəniyyət mərkəzinin foyesində ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar Heydər Əliyevin əsasını qoyduğu ənənələrin yenidən dirçəldilməsinə həsr olunmuş fotostend nümayiş etdirilir.

Dövlətimizin başçısı respublika müşavirəsində giriş nitqi söyləyir.