|
Pessimist olmağın inanılmaz faydaları var

İndiyə qədər neçə nəfər sizə deyib ki, yaxşı bir şeyin mümkün olduğuna inansanız o gözəllik həyata keçəcək? Populyar psixologiya kitablarından şəxsi inkişaf seminarlarına və bloqlarına qədər, pozitiv düşünmənin faydalarını əhatə edən bir çox mənbə var. 

Musavat.com günümüzdə insanının pessimizmdən necə əziyyət çəkdiyi reallığında pessimizmin fərqli yönləri ilə bağlı Türkiyə mediasına istinadən bir material hazırlayıb. 

Düzdür, elmi araşdırmalarda bir qayda olaraq pozitivliyin, optimistliyin insan sağlamlığına faydalı olması barədə faktlar çoxdur. Bu faydalar arasında optimizmin insan səhhətini yaxşılaşdırması və xoşbəxtliyi artırması da var. 

Bəs stəkanın yarısının dolu olduğunu görmək yerinə yarısının boş olduğunu görməyə meylli olan insanlara nə deməli? Daim pessimist olmaq çoxmu pis bir şeydir?

Əslində son araşdırmalara görə, bəzi pessimizm formaları insanlar üçün faydalıdır. Pessimizm təkcə neqativ düşünməklə bağlı bir şey deyil. İnsan xarakteri analizləri göstərib ki, pessimizm nəticəyə köklənməyi də əhatə edir. Yəni, bunlar gələcəkdə olacağını gözlədiyiniz şeylərdir.



Optimist insanlar tez-tez müsbət nəticələrin meydana gəlməsini gözləyərkən, pessimist insanlar isə mənfi olayların baş verməsini daha mümkün hesab edirlər və hətta bunu gözləyirlər. Xüsusilə bir pessimizm növü var ki, buna “müdafiəçi pessimizm” deyilir və bu insan pessimist düşünməyi tamamilə yeni bir səviyyəyə çıxarır, əslində bundan hədəflərinə çatmaq üçün bir vasitə olaraq istifadə edir. 

Araşdırmaçılar bu düşüncə şəklinin sözügedən insanlara yardımçı olmaqla yanaşı, eyni zamanda xeyli gözlənilməz olan bəzi qarşılıqlar təqdim etdiyini də göstərir. Amma neqativ nəticələr üçün birini ittiham etməkdən başqa şey etməmədən ibarət olan bu pessimizm növü bu qədər pozitiv təsirlərə malik deyil. 

Burada əsas önəmli olan məqam isə müəyyən bir plan və ya durumun nəticəsi üçün gözləntiləri minimumda tutmaq (bir iş görüşməsindən sonra işə qəbul edilməyəcəyinizi gözləmək kimi) və sonra, tərs gedəcəyi ehtimal olunan hər şeyi detallı şəkildə göz önünə gətirərək bu ən pis ssenariləri həqiqətə çevirməkdir. 

Müdafiəçi pessimist bunun sayəsində bir hərəkət planı yaradaraq, xəyal etdiyi uğursuzluqların həqiqətən meydana gəlməməsini təmin etməyə çalışır. Məsələn, iş görüşməsi ilə bağlı məşq etmək və ora lap tezdən gəlmək kimi.

Peesimizm hansı hallarda faydalıdır? Bir nəticənin xəbərini gözədiyiniz və nəticəyə təsir göstərmə şansının olmadığı durumlarda bu, optimizmdən daha faydalıdır. Nəticələr optimistlərin təxmin etdiyi qədər yaxşı olmadığı zaman bu insanların xoşbəxtlikləri adi pessimistlərə görə daha böyük zərbə yeyir və bu insanlar daha böyük xəyal qırıqlığı və neqativ ruh halı yaşayırlar. 

Bu pessimizm növü qəribə bir şəkildə insanın özünə olan inamını artırmağa belə yardım edə bilir. Tələbələrin universitet illəri boyunca araşdırma mövzusu olduğu bir təcrübədə məlum olub ki, müdafiəçi pessimistlər digər qayğılı tələbələrlə müqayisədə daha yüksək özünə inam səviyyəsinə sahibdilər. Əslində bu insanların özlərinə olan hörmətləri dörd illik iş prosesi boyunca hardasa optimistlərin səviyyəsinə yüksəlmişdi.



Bunun səbəbi müdafiəçi pessimistlərin xəyal etdikləri neqativ nəticələri öncədən gözləmək və bunlardan uğurla qaçma məsələsində özlərinə olan inamlarındakı artım ola bilər. 

Optimist insanlarla müqayisədə pessimist fərdlə yoluxucu bir xəstəlik epidemiyası yayıldığı zaman xəstələnməkdən daha çox qorxmalarına baxmayaraq, bunun qarşısını almaq üçün daha fəal olduqları, bir çox prosedurları həyata keçirdikləri üzə çıxıb. Məsələn, bu insanlar əllərini tez-tez yuya bilir və öyrəşmədikləri əlamətləri gördükləri zaman təcili surətdə həkimə müraciət edirlər. Pessimistlər xroniki şəkildə xəstə olduqları zaman gələcəyi neqativ gördükləri üçün daha realist ola bilirlər və bu durum səhiyyə işçilərinin bu insanların xəstəliklərini idarə etməsi üçün təqdim etdiyi davranışları təşviq edə bilir.

İnsanlar özlərini narahat və ya kədərli hiss etdikləri zaman öncədən gözlədikləri problemləri yoluna qoymaqdan qaçırlar. Müdafiəçi pessimistlər isə öz neqativ gözləntilərindən istifadə edərək, özlərini motivasiya edirlər və hazır durumda hiss etmək, nəticələr üzərində daha çox nəzarət sahibi olmaq üçün təsirli addımlar atırlar. 

Bu səbəbdən də digər insanları qıcıq edə bilsəniz də, pessimist biri olmaq pis bir şey olmaya bilər. Nəticədə önəmli olan bu neqativlikdə nə etdiyinizdir.