|
Binəqədidə köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib

Paytaxtda liftdə köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək edib.

 

Əməliyyat başa çatıb.