|
ABŞ-da piyada körpüsünün çökməsi nəticəsində 4 nəfər ölüb

ABŞ-da Florida ştatının Mayami şəhərində piyada körpüsünün çökməsi nəticəsində dörd nəfər ölüb.

Trend-in RİA Novosti-yə istinaən verdiyi məlumata əsasən, hadisə nəticəsində daha 9 nəfər yaralanıb. Hadisə yerində xilasedicilər işləyir.

 

Xatırladaq ki, daha öncə şəhərdə Florida Beynəlxalq Universitetinin kampusunun yaxınlığında piyada körpüsü çöküb.