|
Çində Ekoloji Mühit Nazirliyi yaradılacaq

Çin ətraf mühitin mühafizəsinin gücləndirilməsi məqsədilə Ətraf Mühit Nazirliyi təsis etməyə hazırdır.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Çinin Dövlət Şurasının qurumlarının islahatlar planında bildirilir.

 

Yeni nazirlik ekoloji mühitə dair siyasi tədbirlərin, planlarının və standartlarının hazırlanması və icrasına cavabdeh olacaq.