|
Çin genişmiqyaslı dəniz təlimlərinə başladı

Çinin Xalq Azadlıq Ordusu genişmiqyaslı transregional dəniz təlimlərinə başlayıb.

Trend-in məlumatına görə, təlimlərdə 10 mindən çox hərbçinin iştirak etdiyi qeyd edilir.

Məlumata görə, təlimlər Yunnan və şərqi Şandun vilayətində keçirilir.

 

Dəniz təlimlərinə müxtəlif nəqliyyat növlərinin, o cümlədən hava, dəniz, hətta dəmir yolu nəqliyyat növlərinin daxil olduğu bildirilib.

Təlimlərin nə vaxta qədər davam edəcəyi barədə hələ dəqiq məlumat verilmir.