|
Azərbaycan OPEK+ sazişinin müddətinin uzadılmasını dəstəkləyir

Azərbaycan neft hasilatının məhdudlaşdırılması üzrə OPEK+ sazişinin müddətinin uzadılmasını dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov enerji səmərəliliyi üzrə konfransın yekunları ilə bağlı keçirilən brifinqdə deyib.