Seneqalın cənubunda göyərtəsində 20 nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb.
APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 7 nəfər xəsarət alıb, 13 nəfər itkin düşmüş hesab edilir. Məlumata görə, yaralıları yerli sakinlər aşkarlayıb. Helikopterdə olan digər hərbçilərin axtarışı davam etdirilir.
Qəzanın səbəbləri barədə məlumat verilmir.
***
Seneqalın cənubunda hərbi helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 14-ü xəsarət alıb.
APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hökumətinin yaydığı açıqlamada bildirilir. “Xilasedici xidmətlərdən aldığımız son məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Yaralılardan 3-ün vəziyyəti ağırdır”, məlumatda deyilir.
Bildirilir ki, insidentin səbəblərinin araşdırılması ilə bağlı xüsusi komissiya yaradılacaq.
