Amerikada aparılan araşdırmalar nəticəsində məlum olub ki, 40 yaşında, yüksək qan təzyiqindən əziyyət çəkən insanlar müalicə edilmədikləri halda 20 il sonra yaddaşlarını itirməyə başlayırlar.
Mütəxəssislər 20 il ərzində 48-67 yaşlı 14 min adam üzərində araşdırma aparıblar. 40 yaşların yüksək təzyiqdən əziyyət çəkən insanlar 60 yaşlarından sonra yaddaşlarını itirməyə başlayır. Lakin hipertoniya vaxtında müalicə edilərsə, orqanizm üçün problem yaratmır.
