|
Vyanada İran səfirinin iqamətgahı yaxınlığında silahlı insident olub

Naməlum şəxs Vyanada İran səfirinin iqamətgahı yaxınlığında bıçaqla hücum edib.

Trend-in məlumatına görə, hücum edən şəxs Avstriya polisi tərəfindən güllələnib. Hücum nəticəsində bir yengel hərbçi yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

 

KİV-lərin məlumatına əsasən, hücum edən şəxs 26 yaşlı Avstriya vətəndaşı olub. Hücum səbəbi hələlik açıqlanmır.