Prezident İlham Əliyev Dominikan Respublikasının prezidenti Danilo Medinaya təbrik məktubu göndərib.
ANS PRESS-in məlumatına görə, prezidentin Dominikan Respublikasının dövlət başçısına ünvanladığı məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Dominikan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm", - deyə məktubda qeyd edilib.
