Nizami Kino Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı vətənpərvətrlik mövzusunda çəkilmiş filmlərin nümayişi keçirilir.
Kino Mərkəzinin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, fevralın 26-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasının tələbələri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Ali Neft Məktəbinin tələbələri və müxtəlif məktəblərin yeniyetmələri Qarabağ müharibəsi haqqında çəkilmiş rejissor Vahid Mustafa Yev-in “Xoca” filminin nümayişində iştirak ediblər.
Bu aksiya Nizami Kino Mərkəzinin, Xocalı Faciəsində günahsız həlak olan soydaşlarımıza hüzn və ehtiramıdır.
Tamaşaçılar bundan əlavə, Elxan Cəfərovun “Dolu” filminə də baxıblar. Seanslara giriş pulsuzdur.
Kinomərkəzdə nümayişdə olan digər filmlər bu gün dayandırılıb.
Nizami Kino Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fılmlərin nümayişi axşam saatlarına qədər davam edir.
