|
BMT-nin baş katibi hakimiyyəti qadınlara verməyə çağırdı

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Guterres 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə etdiyi müraciətdə hakimiyyəti qadınlara verməyə çağırıb.

Virtualaz.org bildirir ki, müraciəti BMT-nin Xəbərlər xidməti yayıb.

“Biz kişilərin üstün olduğu dünyada yaşayırıq. Bu, hökumətlərə, dövlət orqanlarına, özəl sektorlara, həm də beynəlxalq təşkilatlara, həmçinin BMT-yə aiddir. Beləliklə, hakimiyyət məsələsi gender bərabərliyinin əsas məsələsidir. Və buna görə də bizim ən vacib məsələmiz hakimiyyəti qadınlara verməkdir”, - o deyib.

Quttereş əlavə edbi ki, təşkilat böyük rəhbərlər qrupunda paritetə nail olub və bütün ölkələrdə BMT-nin menecerləri səviyyəsində buna nail olmaq niyyətindədir.