|
Suriyanın tanınmış hərbi reportyoru Şərqi Qutada həlak olub

Suriyanın tanınmış hərbi reportyor Həsən Bədran ölkənin Şərqi Quta bölgəsində xidməti vəzifəsini icra edərkən həlak olub.

APA-nın xəbərinə görə, bu barədə Suriyanın SANA dövlət informasiya agentliyi məlumat yayıb.

İnsidentin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, Suriya ordusu hazırda Şərqi Qutada terrorçulara qarşı hərbi əməliyyatları davam etdirir.