“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının1/4 finalında “Barselona” ilə qarşılaşmaq istəmədiklərini bildirib.
Qol.az-ın “Daily Mail”ə istinadən yaydığı xəbərə görə, o, Kataloniya klubunu arzuolunmaz rəqib adlandırıb:
“Barselona” yeganə komandadır ki, bu mərhələdə onlarla qarşılaşmaq istəmirəm. Hər il “Barselona”, “Barselona”, “Barselona”. Bəsdir daha (gülür).
Qeyd edək ki, "Yuventus" 1/4 finala yüksəlsə də, "Barselona" bu mərhələyə adlamaq üçün 1/8 finalın ilk oyununda səfərdə heç-heçə etdiyi (1:1) "Çelsi"ni mübarizədən kənarlaşdırmalıdır.
