|
Premyer Liqamızda 19-cu tur start götürür

Bu gün Topaz Premyer Liqasında 19-cu tura start veriləcək. 

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 2 görüş keçiriləcək.

Turun açılış matçı Gəncədə baş tutacaq. “Kəpəz” “Qəbələ”ni sınağa çəkəcək. Meydan sahibləri ötən tur uzun fasilədən sonra aktivlərinə 3 xal yazdılar. “Qəbələ” isə əksinə, son 2 turda ardıcıl uduzmaqla çempiomnluq yolunda ciddi zərbə alıb. Odur ki, komandalar meydana fərqli əhval-ruhiyyədə meydana çıxacaqlar. 

Günün ikinci qarşılaşmasında “Neftçi” “Keşlə”ni qəbul edəcək. Son turda hər iki paytaxt klubu səfərdən 3 xalla qayıdıb. Tərəflər uğurlu çıxışı davam etdirmək üçün bu dəfə də meydana qələbə üçün çıxacaqlar. 

Topaz Premyer Liqa

XIX tur

9 mart (cümə)

15:00. “Kəpəz” - “Qəbələ”
Hakimlər:
 Rəvan Həmzəzadə, Elman Musayev, Mübariz Haşımov, Ömər Paşayev
Gəncə şəhər stadionu

18:00. “Neftçi” - “Keşlə”
Hakimlər:
 Ramil Diniyev, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Əliyar Ağayev
“Bakcell Arena”

10 mart (şənbə)

17:00. “Səbail” - “Sumqayıt”
Hakimlər:
 Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Rauf Cabbarov
“Bayıl Arena”

19:00. “Qarabağ” - “Zirə”
Hakimlər:
 Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov
“Azərsun Arena” 


N Klublar O Q H M T-F X
1 Qarabağ 18 14 3 1 28-7 45
2 Qəbələ 18 11 2 5 32-19 35
3 Zirə 18 9 5 4 27-17 32
4 Sumqayıt 18 8 4 6 23-20 28
5 Neftçi 18 7 2 9 21-20 23
6 Səbail 18 5 2 11 11:26 17
7 Keşlə 18 5 2 11 14:28 15
8 Kəpəz 18 3 1 14 12:33 10


Bombardirlər:

Baqali Dabo ("Qəbələ) - 11 qol 
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Riçard Qadze ("Zirə") - 6 qol
Amil Yunanov ("Sumqayıt") - 6 qol