|
Yenidən ayrıldılar

25 yaşlı Selena Qomes və 24 yaşlı Castin Biber münasibətlərinə ara veriblər. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, son vaxtlar cütlük ancaq davalarla gündəmə gəlirdilər. 

Sonuncu mübahisə isə onları ayrılıq həddinə çatdırıb. Castin və Selena bir-birini çox sevdiyini, amma yorulduqlarını bildiriblər. Yaxınları onların bir-birindən dincəlməyə ehtiyacları olduğunu söyləyib:

"Onlar yenidən birləşəcəklər. Amma bir az dincəlməlidirlər".

Selena və Biber uzun ayrılıqdan sonra ötən ilin oktyabrında birləşmişdi.