|
48 yaşlı Cennifer bədən quruluşu ilə heyran etdi

Müğənni Cennifer Lopez sosial şəbəkədə yeni paylaşımı ilə yenidən gündəmə çevrilib. 

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 48 yaşlı ifaçı məşq edərkən çəkdirdiyi fotolarını İnstaqram səhifəsində yerləşdirib. Leqins və qısa mayka geyinən Cey Lo fotosuna “Yeni leqinslərimdə məşqə hazırlaşıram” yazıb. Cenniferin paylaşımı qısa müddət sonra bir milyondan çox “like” toplayıb. Onun ideal bədən quruluşuna isə tərif dolu sözlər yazılıb.