|
İndoneziya sahillərində güclü zəlzələ baş verib

İndoneziya sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələnin episentri Amahay yaşayış məntəqəsindən (Maluku vilayəti - ölkənin cənub-şərqi) 221 km şərqdə yerləşib, dərinliyi 7,9 km olub.

 

Tələfat və dağıntılar barədə məlumat verilmir.