|
"Qəbələ"nin sabiq üzvü vətənində oynayacaq

“Qəbələ”nin sabiq futbolçusu Pavol Farkaş özünə yeni komanda tapıb.

Qol.az-ın məlumatına görə, slovakiyalı müdafiəçi karyerasını bundan sonra ölkəsində davam etdirəcək. 33 yaşlı oyunçu “Nitra” klubu ilə 1,5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Farkaş 2014-2015-ci illərdə “Qəbələ”nin formasını geyinib.