|
"Yuventus" və "Mançester Siti" 1/4 finalda

Çempiolar Liqasında 1/4 finalın daha 2 iştirakçısı bu gün müəyyənləşəcək. 

Qol.az-ın məlumatına görə, 1/8 finalın cavab oyunları çərçivəsində keçiriləcək hər iki matç İngiltərədə baş baş tutacaq. 

Əsas diqqətlər Londona yönələcək. “Tottenhem” “Yuventus”la üz-üzə gələcək. Bu komandalar arasında Turində keçirilən ilk görüşdə qalib aşkarlanmayıb - 2:2. Meydan sahiblərini bu gün qolsuz bərabərlik də qane edir. Amma son 3 ildə 2 dəfə ÇL-də final oynayan “Yuventus”un asanlıqla təslim olmayacağı dəqiqdir.

Mançesterdəki matç isə formal xarakter daşıyır. Səfərdə “Bazel”i darmadağın edən “Siti”nin bu dəfə tam gücü ilə mübarizə aparmayacağı dəqiqdi.



7 mart

Çempionlar Liqası


1/8 finalın cavab oyunları

"Tottenhem" (İngiltərə) - "Yuventus" (İtaliya) - 1:2 
Qol: 
Son Henq-Min, 39 (1:0), İquain, 64 (1:1), Dibala, 67 (1:2)
İlk oyun - 2:2

"Mançester Siti" (İngiltərə) - "Bazel" (İsveçrə) - 1:2 
Qol: 
Qabriel Xesus, 8 (1:0), Məhəmməd Elyunussi, 17 (1:1), Miçel Lanq, 71 (1:2)
İlk oyun - 4:0
 
6 mart

PSJ (Fransa) – “Real” (İspaniya) 1:2
İlk oyun – 1:3

“Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya) 0:0 
İlk oyun – 5:0