Daxili İşlər Nazirliyi (DİN) ötən gün qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.
Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib, respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Bildirilir ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
