|
Çağla Emre ilə barışmaq istəyir?

Model Çağla Şikel verdiyi açıqlama ilə gündəm olub.

Model jurnalistlərlə söhbətində “Doğmaq, 3-cü dəfə ana olmaq istəyirəm” deyib.

Hazırda həyatında heç kimin olmadığı Çağlanın bu sözləri keçmiş əri Emre Altuğa mesaj göndərməsi kimi başa düşülüb. 

Qeyd edək ki, Emre ilə Çağla 2008-2015-ci illərdə ailəli olublar. Onların bu nikahdan 2 oğulları var. İkili tez-tez övladları üçün bir araya gəlir.