|
Bakıda marşrut avtobuslarının hərəkəti gecikdi

Bakıda səhər saatlarında marşrut avtobuslarının intervalında gecikmələr yaranıb.

Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

 

Qurum rəsmisi bildirib ki, gecikmələr paytaxt küçələrindəki sıxlıqla əlaqədardır:

"Səhər saatlarından başlayaraq paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Sıxlıq səbəbindən bəzi marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb"