|
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Bakıda metroda qatarların hərəkətində problem yaranıb.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev Trend-ə bilidirib ki, "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir:

"Nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik".