|
Goranboy sakini intihara cəhd edib

Goranboyda intihar cəhdi olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini Nicat adlı şəxs qolunda olan yaraya yardım göstərilməsi üçün rayon Mərkəzi xəstəxanasına müraciət edib.

 

Ona yardım edilərkən həmin şəxs pəncərəyə çıxaraq özünü ikinci mərtəbədən atacağını deyib. Dərhal əraziyə polislər çağırılıb və Nicatı fikrindən daşındırıblar. Onun sərxoş olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.