|
Rəssam qız muzeyə çılpaq gəldi

İsveçrə rəssamı Milo Moyre Almaniyanın Münster şəhər mədəniyyət muzeyində çılpaq performans nümayiş etdirib.

ANS PRESS-in “NY Daily News”a istinadən verdiyi məlumata görə, 32 yaşlı Moyre qucağında körpə çılpaq şəkildə muzeyin zallarını gəzib.

O, “Çılpaq həyat: Frensis Bekon, Devid Xokne və başqaları” adlı sərgi zamanı nümayiş olunan klassik tablolarının qarşısında dayanıb. Muzeyə gələnlər qadının yanından sakitcə keçib tablolara baxıblar. 

Rəssam və performans ustası Milo Moyre Almaniyada keçirilən “Art Köln” yarmarkasındakı şousu ilə şöhrət qazanıb.

“Öz çılpaqlığı ilə Moyre ekspozisiyanın bir hissəsinə çevrilib” – deyə rəssam rəsmi saytında yazılıb. Bir çox sərgi iştirakçısı performansın kuratorlar tərəfindən təşkil olunduğunu düşünsə də Moyre muzeylə qabaqcadan heç nəyi razılaşdırılmadığını deyib.