|
Şəhriyar Məmmədyarov Mixail Talın xatirəsinə həsr olunmuş turnirdə ikinci yer tutub

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Moskvada keçirilən Mixail Talın xatrəsinə həsr olunmuş turnirdə ikinci yer tutub.

Trend-in məlumatına görə, Məmmədyarov 5 xal toplayaraq, amerikalı Hikaru Nakamura və rusiyalı Sergey Karyakinlə ikinci yeri bölüşüb.

 

Turnirin qalibi 6 xalla hindistanlı Vişvanatan Anand olub.