|
Tanınmış müğənni silikonlarını yenilədi

Türkiyənin tanınmış müğənnisi Linet silikonlarını yeniləyib.
Bunu çoxdan etmək istəyən ifaçının başı albom çıxartmağa qarışmışdı.
Bu yaxınlarda "Bilir misin" adlı albomu işıq üzü gördükdən sonra Linetin ilk işi əməliyyat masasına uzanmaq və silikonlarını yeniləmək olub.
Qeyd edək ki, sənətçi iş adamı Edi Debeharla ailə qurması ilə gündəm olub. Belə ki, Edinin ABŞ prezidenti Donald Trampın ortağı olduğu üzə çıxıb.