|
Ərdoğanla görüşən müğənninin qızına TRT-də vəzifə verdilər

Türkiyənin AKP partiyasına pərəstişi ilə tanınan və tez-tez Rəcəb Tayyib Ərdoğanla görüşən müğənni Yavuz Bingölün qızı Sinem Türkü Bingol TR-də vəzifə alıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin qızı bundan sonra “Evlilik okulu” verilişinin prodüseri kimi çalışacaq. Amerikada uşaq psixologiyası üzrə təhsil alan Sinem ötən il 2 şəriki ilə birlikdə “Bey Film Yapım” adlı prodüser şirkəti qurmuşdu. 

Bingölün qızı bir vaxtlar modelliklə də məşğul olub.