|
Selena Castini belə təbrik etdi

Bu gün müğənni Jastin Biberin ad günüdür.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçını ilk təbrik edən sevgilisi Selena Qomez olub.

O, İnstaqramda şəkil paylaşaraq yazıb:

"1994-cü il, 1 martda kimsə anadan olub. Onu mən tanıyıram. Bu, çox əladır".

Selenanın şəkli bəyənilib, izləyiciləri də Castini təbrik ediblər.