Amerikanın Florida ştatındakı nudistlər (çılpaqlar) kurortunda qalan insanlar onlara məktub gətirməkdən imtina edən poçtalyondan şikayət ediblər. Bu barədə lenta.ru saytı xəbər verib. Poçtalyonun imtinasına görə, nudistlər aylardır nə məktub, nə də hansısa göndəriş ala biliblər. Ona görə də narahatdılar ki, önəmli göndərişləri qaçrıblar.
“Poçtalyonun bir devizi var. Orda da nudistlərə xidmət göstərməməklə bağlı heç bir maddə yoxdur. Mən poçt xidmətinin pulunu ödəyirəm və o xidmətin həyata keçiriıməsini tələb etmək ən təbii haqqımdır”. Bunu da narazı sakinlər deyiblər.
Nudistlər poçt şöbəsinə bununla bağlı şikayət etsələr də, heç nəyə nail ola bilməyiblər. Onlara bildirilib ki, poçtalyon ona diskomfort yaradan ünvanlara getməməkdə azaddır.
