|
Azərbaycanda 5 milyon 347 min 803 bildiriliş çap olunacaq

Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair çap olunacaq bildirişlərin sayı təsdiq edilib.

Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib ki, Azərbaycanda 5 milyon 347 min 803 bildiriliş çap olunacaq.

Daha sonra iclasda prezidentliyə namizədliyi təsdiq edilmiş Tural Abbaslının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Həmçinin iclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.