|
Pakistanlıların yuxusu qaçdı

Pakistanda güclü zəlzələ meydana gəlib. 

ANS PRESS-in məlumatına görə, Pakistanın Battaqram əyalətində maqnitudası 5,8 bal gücündə qiymətləndirilən yeraltı təkanlar qeydə alınıb. 

Zəlzələ yerli vaxtla ötən gecə 22 radələrində baş verib. Pakistan Milli Seysmoloji Stansiyasının yaydığı açıqlamada zəlzələnin episentrinin paytaxt İslamabaddan 100 kilometr məsafədə yerləşən Battaqramda meydana gəldiyi bildirilir. 

Güclü yeraltı təkanlar ölkənin Xaybar Pahtunhva və Pəncab əyalətlərində də hiss edilib. 
Zəlzələ Yerin 24 kilometr dərinliyində qeydə alınıb. 

Yerli əhali arasında təşvişə səbəb olan zəlzələ zamanı dağıntı və fəlakətin olmadığı vurğulanır.