Bu gün səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində güclü yanğın hadisəsi baş verib.
Musavat.com-un məlumatına görə yanğın daimi xəstələrinin müalicə aldığı taxta konstruksiyalı korpusun 2-ci şöbəsində baş verib. Pasiyentlərin əksəriyyəti yanan binadan təxliyə olunsa da, 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə 10-dək yanğınsöndürən və 20-ə yaxın təcili yardım briqadası cəlb edilib.
Ölkə başçısı prezident İlham Əliyev hadisə yerinə gəlib. Prezidentdən başqa daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Səhiyyə naziri Oqtay Şirəliyev, baş prokurorun müavini Rüstəm Usubov da yanğın olan əraziyə gələrək baxış keçirdiblər.
Musavat.com












