|
Tovuzda 2 maşın toqquşub, yaralılar var

Tovuz rayonunda xəsarətlə nəticələnmiş yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospektində yerləşən körpünün altında 2 avtomobilin toqquşması nəticəsində yaralıların olduğu bildirilir.

Hazırda DYP əməkdaşları və "təcili yardım" briqadası hadisə yerinə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.