"Beşiktaş" "Sanderlend"dən icarəyə götürdüyü Jermeyn Lensi birdəfəlik alıb.
Qol.az-ın xəbərinə görə, bu barədə İstanbul klubunun saytı məlumat yayıb. Transferin təzminat qiyməti barədə məlumat verilməyib.
Qeyd edək ki, hollandiyalı yarımmüdafiəçi J.Lens bu mövsümün əvvəlindən "Beşiktaş"da icarə əsasında oynayırdı.
