PSJ-nin daha bir futbolçusu zədələnib.
Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Kilyan Mbappe ölkə kubokunun 1/4 finalında "Marsel"lə matçda (3:0) zədələnib. Bu səbəbdən o, fasilədə əvəzlənib. Mbappenin durumunun ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, bundan əvvəl PSJ-də Neymar və Markinyos sıradan çıxıb.
