|
Samuxda ər arvadını döyərək xəstəxanalıq edib

Samuxda qadın əri tərəfindən döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun İnstitut qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1969-cu il təvəllüdlü S.Ə əri tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Qadının hansı səbəbdən döyüldüyü isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır