|
Misirdə iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 15-ə çatıb

Misirin Boxeyra vilayətində sərnişin və yük qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə “Əl Cəzirə” telekanalı Misirin Səhiyyə nazirliyinə istinadən xəbər verib.

 

Qəza nəticəsində 40 nəfərin yaralandığı bildirilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.